Ağır yol qəzası-3 nəfər dünyasını dəyişdi
01.06.2015 950 0.0 0

Qazeta.info bildirir ki, Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin  qaynar telefon xəttinə daxil olmuş məlumatda , Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “MERCEDES” markalı minik avtomobili toqquşmuşduğu bildirilib. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri “MERCEDES” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar