Ağır yol nəqliyyat hadisəsi baş verib
08.09.2015 583 0.0 0

Qazeta.info  Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən bildirir ki, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Belə ki,  FHN-in  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "HYUNDAİ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılmışdır.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan  sərnişin, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu hadisə yerindəcə vəfat etmişlər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil vermişlər. Əməliyyat saat 22:45-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar