Ağdaş sakini özünü güllələyib
15.02.2018 944 0.0 0

Ağdaş rayon sakini özünü güllələyib.

 

Məlumata görə, rayonun Binələr kənd sakini, 1976-cı il təvəllüdlü Şahmuradov Sadiq Zeynal oğlu yaşadığı evin həyətində ov tüfəngi ilə özünə atəş açıb.

 

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar