Ağcaqanada heykəl qoymaq istədilər
05.06.2019 525 0.0 0

Qansoranın heykəlinin quraşdırılması ideyasını yerli parklardan birinin idarəetmə şirkəti irəli sürüb

Qazaxıstanın Atırau şəhərinin icra hakimiyyəti yerli retro-parkda qranitdən ağcaqanad heykəlinin quraşdırılmasını qadağan edib. Qazeta.info Sputnik.az-ın verdiyi xəbərə əsasən bildirir ki, orijinal ağcaqanad heykəli ideyası retro-parkın idarəetmə şirkətinin direktoru Tatyana Teqayın ağlına gəlib.

Qeyd olunur ki, 2017-ci ildə Atırauda istifadəyə verilmiş retro-park sakinlərin xüsusi diqqətini cəlb edir. Lakin şəhər sakinləri istirahət zonasında aparılmış yaşıllaşdırmanın keyfiyyətindən razı deyillər.       

İdarəetmə şirkəti bu il bu problemi həll etməklə yanaşı, qanadlı qansoranlara heykəl qoyacağını da söz vermişdi.

Teqayın fikrincə, Atırau ağcaqanadı, balıq və neftlə yanaşı, Atıraunun özünəməxsus bir simvoludur.     

Lakin şəhər icra hakimiyyəti bu ideyanı qiymətləndirməyib və heykəlin qoyulmasına icazə verməyib.     

Şəhər icra hakiminin müavini Uluqbek Tnaliyevin sözlərinə görə, parkda hər hansı bir memarlıq abidəsinin quraşdırılması icra hakimiyyəti ilə mövcud tələblərə uyğun olaraq razılaşdırılmalıdır.

Ağcaqanada heykəl quraşdırılması təklifi bundan əvvəl Qazaxıstanın paytaxtı Almatıda da səslənmişdi. Lakin bu ideya da reallaşmamışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar