Ağacı qanunsuz budayan şəxs cərimələndi
12.08.2017 687 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbirstanlığı ərazisində ağascların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Qazeta.info ETSN-ə istinadla bildirir ki, əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub.
Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər