Ağ Ev: ABŞ hərbçiləri Suriyada qalacaq
04.04.2018 861 0.0 0

"ABŞ hərbi qüvvələri daha bir müddət Suriyada qalacaq". 
 
Məlumata görə, bu barədə “Reuters” agentliyi Ağ Evdəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb. 

 

Ağ Evdən bildirilib ki, Milli Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı ABŞ hərbçilərinin hələ ki Suriyada qalması barədə qərar qəbul olunub. Bununla belə, D. Tramp hərbçilərin uzun müddət Suriyada qalmasının tərəfdarı olmadığını vurğulayıb. Eyni zamanda, ABŞ prezidenti bölgə ölkələrindən Suriyada sülh və sabitliyin təmin edilməsi üçün səylərini artırmalarını istəyəcək.  
 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezident Donald Tramp qısa müddət ərzində ABŞ hərbçilərinin Suriyadan çıxacağını bildirmişdi. O, Suriyada mövcudluğun böyük maliyyə tələb etdiyini söyləyib. İki gün əvvəl isə D. Tramp deyib ki, Səudiyyə Ərəbistanı ABŞ hərbçilərinin Suriyada qalmasını istəyirsə, pulunu ödəməlidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar