AEBA-dan Ukraynanın nüvə obyektlərinə təhlükənin qarşısını almaq üçün çağırış
25.02.2022 279 0.0 0

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynadakı vəziyyəti ciddi narahatlıqla izlədiyini bildirib.

Bildirək ki, bu barədə Agentliyin saytında yerləşdirilmiş məlumatda deyilir.

Agentlik Ukraynanın nüvə obyektlərinə təhlükə yarada biləcək hər hansı hərəkətdən yayınmaq üçün maksimum təmkinli olmağa çağırıb.

Qurumun Baş direktoru Mariano Qrossi vurğulayıb ki, 2009-cu ildə MAQATE-nin Baş Konfransı - təşkilatın bütün üzv dövlətlərinin illik toplantısında dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə obyektlərinə qarşı hər hansı silahlı hücum və ya təhlükənin BMT Nizamnaməsinin, beynəlxalq hüququn və Agentliyin Nizamnaməsinin prinsiplərinin pozuntusu olduğunu təsbit edən qərar qəbul edilmişdir.

Qeyd edək ki, daha əvvəl Ukrayna Çernobıl AES-ə nəzarəti itirdiyini açıqlamışdır./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar