Adı yeməkdir, özü narkotik - asılılıq yaradır
20.09.2016 658 0.0 0
Amerikalı mütəxəssislər Devid Lüdviqin başçılığı ilə maraqlı bir tədqiqat aparıblar. Könüllüləri zülal, yağ və karbohidratların miqdarı eyni olan kokteyllərə qonaq ediblər. Yalnız onlardan bir qrupunda qlikemik indeks daha çox olub.
 
Məlum olub ki, yüksək qlikemik indeksli kokteyllər adamda aclıq hissi yaradır və baş beyində “həzz mərkəzi” adlanan sahənin işini stimullaşdırır. Beynin məhz bu hissəsi insan narkotik maddələr qəbul edərkən də aktivləşir.  
 
D.Lüdviq bildirir ki, yüksək qlikemik indeksli ərzaqlar (məsələn, bulka, çips, tost, pivə, xurma, kreker, kartof, qabaq, şokolad batonları və s.) eyni zamanda həzz və aclıq hissi yaradaraq insanı çox yeməyə sövq edir və bu səbəbdən də çəki artır./musavat.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar