Abşeronda yol qəzası baş verib: ölən və yaralanan var
02.11.2017 724 0

Abşeron rayonunda yük avtomobili piyadanı vuraraq öldürüb.
Məlumata görə, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib. Belə ki, yük avtomobili yol keçən təxminən 20-25 yaşlı oğlanı vurib. Hadisə zamanı yük avtomobilinin sürücüsü əyləcdən istifadə edərkən maşın aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya aparılıb.
Piyada isə hadisə yerində ölüb
Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır./Report/
Digər xəbərlər:
Şərhlər