Abşeronda avtomobilin vurduğu 25 yaşlı gənc ölüb
30.10.2019 474 0.0 0

Abşeronda avtomobilin vurduğu gənc ölüb.

"Report" xəbər verir ki,  yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Vəliyev Elvin Mehdi oğlu xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Qeyd edək ki, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb. Avtomobil yolu keçmək istəyərkən 1994-cü il təvəllüdlü E.Vəliyevi vurub. 


***02:38

Abşeronda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Vəliyev Elvin Mehdi oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar