Abşeronda 21 yaşlı oğlan itkin düşüb
10.11.2017 802 0.0 0

Abşeron rayonu, Xırdalan şəhərində 21 yaşlı oğlan itkin düşüb.

 

Yaxınlarının verdiyi xəbərə görə, Xırdalan şəhər sakini Rahib Hüseynov noyabrın 7-də telefon təmir etdirmək məqsədi ilə evlərindən çıxıb və bir daha qayıtmayıb.

 

R. Hüseynovun əqli qüsurlu olduğu bildirilir.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

 

R. Hüseynovu görən şəxslərdən (051) 396 – 64 - 38, (055) 546 – 82 – 94 nömrələrinə zəng vurmaları xahiş olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar