ABŞ xaousun bir addımlığında - Tramp əleyhinə aksiyada 150 nəfər saxlanılıb
12.11.2016 1135 0.0 0

ABŞ-ın Los-Anceles şəhərində polis əməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb. “Los Angeles Times” nəşrinə istinadən verdiyi xəbərə görə, Donald Trampın prezident seçilməsinə qarşı təşkil olunan aksiyada üç minədək etirazçı iştirak edib. Şəhər administrasiyasının binasınadək yürüş keçirən etirazçılar aksiyanı meriyanın qarşısındakı parkda davam etdiriblər. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

 

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir. Bəzi şəhərlərdə aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb. /apa/  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar