ABŞ vitse-prezidentinin avtomobil korteji qəzaya düşdü
01.11.2016 713 0.0 0

ABŞ-ın vitse-prezidenti Co Baydenin  avtomobil karvanı qəzaya düşüb.

 

Məlumata görə, bu barədə “ABC News” telekanalı məlumat verib.

 

İnsident yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) qeydə alınıb.

 

Kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun xəstəxanaya yerləşdirildiyi və həyatına təhlükə olmadığı bildirilir.  Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar