ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır
15.01.2022 267 0.0 0

ABŞ-ın dövlət katibi Antoni Blinken cümə günü NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Söhbət zamanı o, NATO-Rusiya Şurasının yanvarın 12-də keçirilən iclasından sonra Rusiya ilə əməkdaşlıq üçün atılacaq növbəti addımları müzakirə edib.

Qazeta.info TASS-ın məlumatına əsasən bildirir ki, Dövlət Departamenti ABŞ və NATO-nun  Rusiya Federasiyası ilə yeni görüş keçirməyə hazır olduğunu bildirib.

"Dövlət katibi Antoniy Blinken bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə NATO-Rusiya Şurasının yanvarın 12-də keçirilən iclasından sonra qarşıda duran məsələri müzakirə ediblər. Birləşmiş Ştatlar və NATO yenidən Rusiya ilə görüşməyə hazırdır və diplomatik əlaqəni və dialoqu davam etdirmək əzmindədir", - deyə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays yazılı bəyanatda bildirib.

"Birləşmiş Ştatlar və onun NATO-dakı müttəfiqləri diplomatik yola üstünlük verməkdə həmfikirdirlər və Rusiyanı Ukraynaya qarşı davam edən təcavüzünün qarşısını almaq üçün dərhal tədbirlər görməyə çağırırlar", -deyə sənəddə qeyd edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar