ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb
09.10.2017 562 0.0 0

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb.

 

“Milliyet”-ə istinadən verilən xəbərə görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir.

 

Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.  

 

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar