ABŞ Türkiyə ilə bütün aviareysləri dayandırıb
17.07.2016 930 0.0 0

ABŞ hökuməti Türkiyə ilə bütün aviareysləri dayandırıb.

 

APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentini saytında bildirilir.  

 

“Federal Aviasiya İdarəsi Türkiyə ilə bütün aviareysləri – istər birbaşa, istərsə də dolayı olan  aviareysləri dayandırıb”, deyə məlumatda bildirilir.  

 

Dövlət Departamenti həmçinin terror təşkilatları tərəfindən ABŞ vətəndaşlarına artan təhlükə ilə əlaqədar xəbərdarlıq edərək,  Türkiyədəki çevriliş cəhdi ilə əlaqədar ölkənin  cənub-şərq bölgəsinə səfər etməkdən çəkinməyə çağırıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar