ABŞ Trampın Zelenskilə söhbətindən sonra Ukraynaya hərbi yardımı dondurub
27.11.2019 86 0.0 0

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan telefon danışığından sonra Ağ ev Ukraynaya hərbi yardımı dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “The Hill” nəşri Konqresin Nümayəndələr Palatasının büdcə komitəsinin sənədlərinə istinadən yazıb.

Bildirilib ki, komitə üzvləri bu barədə hələ açıqlama verməyiblər. Lakin, sənədlərin impiçment prosedurunda istifadə olunacağı deyilir.

Qeyd edək ki, 2019-cu il ərzində ABŞ Ukraynaya 250 və 141 milyon dollar həcmində hərbi yardım ayırıb. Lakin bu yardımın 35,2 milyon dolları Vaşinqton tərəfindən dondurulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar