ABŞ tankları sərhəddimizdə
26.03.2015 819 0.0 0

ABŞ desantları və ağır hərbi texnikası Gürcüstana gətirilib.

Məlumata görə, bu barədə Gürcüstan mətbuatı yazır.

Xəbərə görə, ABŞ hərbçiləri, "Bredli" BMP-lərinin və tanklarının Gürcüstana gətirilməsinin səbəbi hərbi təlimlərdə iştirak etməkdir.

Təlimlərin keçirilməsi hələ ötən ilin oktyabr ayında planlaşdırılmışdı. Təlimlərdə Gürcüstan hərbi polisi də iştirak edəcək.

2015-ci ilin payızında isə Gürcüstanda NATO təlim mərkəzinin açılması planlaşdırılır. Hazırda NATO ekspertləri ölkədə aerodrom və poliqonların mövcud olduğu potensial bazalara baxış keçirirlər./anspress/

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar