АBŞ Suriyada keçirilən seçkiləri qiymətləndirib
12.04.2016 586 0.0 0

 Rəsmi Vaşinqton aprelin 13-də Suriyada keçiriləcək parlament seçkilərinin legitimliyini tanımayacaq.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bəyan edib.
 
“Biz bu seçkiləri legitim hesab etmirik. Bu, bütöv Suriya xalqının iradəsini ifadə etmir. Hazırda Suriyada seçkilər keçirməyin zamanı deyil”, deyə M.Toner bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar