ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
21.12.2016 654 0.0 0

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib.

 

“RİA Novosti”-yə istinadən verilən xəbərə görə,  bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

 

Sanksiya siyahısına 7 fiziki şəxs, 8 təşkilat və iki tankerin (“Marşal Jukov” və “Stalinqrad” tankerləri-red.) əlavə edildiyi bildirilir.  

 

Həmçinin, “Novatek” şirkətinə qarşı daha əvvəl tətbiq edilmiş sanksiyalar dəqiqləşdirilib.  Belə ki, sanksiya siyahısına şirkətin 26 törəmə qurumunun hamısı daxil edilib.

 

Xatırladaq ki, ötən həftə Aİ liderləri də Rusiyaya qarşı sanksiyaların müddətini iyulun 31-dək uzadıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar