ABŞ Rusiya və Çinə qarşı yeni silah hazırlayır (FOTO)
25.07.2015 683 0.0 0

Cəmi bir neçə il bundan əvvəl ABŞ pilotsuz uçan aparatların (PUA) istifadəsi sahəsində inhisarçı mövqe tuturdu. Lakin bu gün Çin, Rusiya və digər ölkələr amerikalılar üçün potensial təhlükə kəsb edən pilotsuz aparatlar istehsal edir.

Bu barədə amerikalı hərbi ekspert Cozef Trevitik deyib.

"ABŞ potensial rəqiblərin pilotsuz aparatlarının vurulması imkanlarını təhlil edir. Hazırda bu məsələ hətta raketlərin, artilleriya mərmilərinin və qumbaraatan döyüş sursatının qarşısını almaq üçün nəzərdə tutulmuş sistemlərin işlənilməsindən də vacibdir" , - deyə məqalə müəllifi ABŞ-n Genişləndirilmiş Ərazi Müdafiəsi və Döyüş Qabiliyyətinin Qorunması proqramının ( Extended Area Protection and Survivability, EAPS) rəhbəri Manfredi Luçanodan sitat gətirir.

Pilotsuz aparatların məhv edilmə üsulları və EAPS proqramı ABŞ-n "hibrid müharibələrinə" müqavimət konsepsiyasına daxil edilib. 2015-ci il ABŞ Milli Hərbi Strategiyasında pilotsuz aparatlarla mübarizə "həddindən artıq mürəkkəb məsələ adlandırılıb". Ekspertin sözlərinə görə, pilotsuz uçan aparatlar "Amerika ordusunun üstünlüklərinə zərbə endirə biləcək texnologiyalar sırasına daxildir".

Xarici pilotsuz aparatların vurulması məqsədilə amerikalı hərbçilər nisbətən qısa mənzilli avtomatik toplardan istifadə etmək niyyətindədir. Çünki onlara raketlərlə müqayisədə hədəfi vurmaq üçün daha az vaxt tələb olunur. Bu isə kiçik hündürlükdə hərəkət edən pilotsuz uçan aparatlara qarşı mübarizədə daha səmərəlidir.

 


ABŞ ordusunun pilotsuz uçan aparatlara qarşı yeni silahı

 

Yeni silah sisteminin prototipi 50 millimetrlik Bushmaster II topudur. Elektrik ötürücü ilə təchiz edilmiş Bushmaster II topu dəqiqədə 200 atəş aça bilir. 

Qeyd edək ki, amerikalı hərbçilər artıq yeni silah sisteminin uğurlu sınaqlarını həyata keçirib./anspress/

 


Bushmaster II topu dəqiqədə 200 atəş aça bilir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar