ABŞ rəhbərliyi Moskvaya gələcək
07.04.2015 709 0.0 0

ABŞ rəhbərliyi mayın 9-da Moskvada keçiriləcək Qələbə bayramında mütləq təmsil olunacaq. 

Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı vəzifəsini icra edən Mari Harf bildirib. "Biz iştirakımız barədə hələ qərar qəbul etməmişik", - deyə bildirən Harf Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə vurğulayıb: "Əminəm ki, Rusiyaya kimsə gedəcək".

Amma Moskvada keçiriləcək hərbi paradda ABŞ-dan hansısa hərbi hissənin iştirak edib - etməyəcəyi dəqiq bilinmir. Pentaqon və Amerika qoşunlarının Avropa komandanlığı bu barədə müraciət edən Rusiya jurnalistlərinə "hələ dəqiq bir şey yoxdur" cavabını veriblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar