ABŞ qışda Avropaya 6 min hərbçi göndərəcək
04.11.2016 571 0.0 0

Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq.
Məlumata görə, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat verib.
Burada söhbət Kolorado ştatındakı Fort-Karson bazasında yerləşdirilən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasından gedir. Avropaya təqribən 4 min hərbçi göndəriləcək. Bundan əlavə, Pentaqon regiona 10-cu dağ diviziyasının 10-cu aviasiya briqadasının 1750 əsgərini də yollayacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar