ABŞ prezidentliyinə yeni namizəd
23.03.2015 754 0.0 0

ABŞ-da Respublikaçılar Partiyasından olan senator Ted Cruz prezidentliyə namizədliyini verəcək. 

Məlumata görə, o, bu barədə martın 23-də Tvitter səhifəsində yazıb.

T.Cruz mühafizəkar hərəkatın lideridir və bu addım çoxdan gözlənilirdi. Beləliklə, 44 yaşlı senator 2016-cı il prezident seçkisi üçün namizədliyini verən ilk tanınmış namizəd olacaq. O, bu gün Virciniya ştatında Azadlıq Universitetində çıxışı zamanı namizədliyindən söz açacaq.

Xatırladaq ki, T.Cruz bir müddət əvvəl yaydığı videoda deyib: "Cəsarətli mühafizəkarların yeni nəsli Amerikanı yenidən güclü edəcək.”/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar