ABŞ prezidentliyinə iddiaçı yeni namizəd
15.06.2015 600 0.0 0

Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində mübarizə aparan namizədlər arasında mübarizə qızışır. Ağ ev rəhbərliyi uğrunda namizədlər sırasına daha biri qoşulur. Bu, Florida ştatının keçmiş qubernatoru Ceb Buşdur və Respublikaçılar Partiyasından prezident seçkilərində namizədliyini irəli sürdüyünü bu gün rəsmən elan edəcək.

Məlumata görə, o, bu günlərdə Avropa ölkələrinə - Almaniya, Polşa və Estoniyaya səfərini başa çatdırıb.

Amerikalı siyasətçi Almaniyada görüşləri zamanı ABŞ və Avropa arasında münasibətlərin əhəmiyyətindən danışıb.

C.Buş Tallində Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzində Baltikyanı ölkələrin iştirakı ilə "dəyirmi masa"ya qatılıb. Estoniya perzidenti Toomas Hendrik İlveslə görüşən C.Buş Ukraynada vəziyyət və bunun nəticəsində dəyişən geosiyasi reallıqlar kimi məsələləri müzakirə edib.

Avro-atlantik əmkədaşlıq və təhlükəsizlik məsələləri ilə əlaqədar amerikalı siyasətçi Estoniyada elektron sənayenin inkişafı məsələsinə diqqət göstərib, Tallində NATO-nun kiber müdafiə mərkəzində olub, Estoniyanın texnologiyalar sahəsində inkişafına yüksək qiymət verib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar