ABŞ-NATO qarşıdurması böyüyür
22.06.2015 663 0.0 0

"ABŞ və NATO arasında qarşıdurma davam edir. Hətta bu gərginlik Rusiya ilə uzunmüddətli qarşıdurmadan sonra prezident Vladimir Putinin vəzifədən getməsindən sonra da davam edəcək."

Məlumata görə, bunu Pentaqon rəhbəri Eşton Karter bildirib. 

O, Avropa ölkələri üzrə həftəlik turnesinin ilk günündə Berlində "Putin öz siyasətini dəyişdirə bilərmi" sualına cavabında deyib: "Rusiya Vladimir Putin ilə dəyişə bilmir, hətta onun hakimiyyətdən gedişindən sonra da dəyişməyəcək. Mən buna ümid edirəm, amma əminəm ki, ola bilməz.

Pentaqonun başçısı vurğulayıb ki, ABŞ Rusiyanın proqnozlaşdırılan siyasətə qayıdacağını düşünür. 

E.Karter Moskva ilə diplomatik əməkdaşlığın və İranın nüvə proqramı üzrə danışıqların müsbət nəticələnəcəyinə inandığını söyləyib. 

Xatırladaq ki, Pentaqon rəhbəri Avropa turnesi çərçivəsində Almaniyada, Estoniyada və Belçikada həmkarları ilə "Rusiya tərəfindən çağırışlar" mövzusu ətrafında müzakirələr aparacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar