Tarix: 05.12.2016,   Saat: 00:22, Bazar ertəsi.          

ABŞ müdafiə naziri Türkiyədə səfərdədir

ABŞ müdafiə naziri Eşton Karter bölgədə təhlükəsizlik məsələləri, Suriya və İraqdakı prosesləri müzakirə etmək üçün Türkiyədə səfərdədir. 
 
Türkiyə mətbuatına istinadən verilən məlumata görə, E. Karter öncə türkiyəli həmkarı Fikri İşıqla görüşüb.
 
 
ABŞ müdafiə nazirini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edib. R. T. Ərdoğanla görüşdən sonra E. Karter 15 iyulda hərbi çevriliş cəhdi zamanı bombalanan Türkiyə Böyük Millət Məclisini ziyarət edib vər Türkiyənin Mosul əməliyyatında iştirak etməli olduğunu bəyan edib.
 
Qonağı Türkiyənin baş naziri Binəli Yıldırım da qəbul edəcək./apa/



  Bölmə: Manşet | Baxış sayı: 229 | Tarix: 21.10.2016, 15:37


Xəbərlər