ABŞ-la Türkiyə arasında kritik görüşün tarixi açıqlandı
06.05.2017 824 0.0 0

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ mayın 8-də Vaşinqtonda amerikalı həmkarı Jeff Seşnzın ilə görüşəcək.
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Fəthullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fəthullah Gülənin Türkiyəyə qaytarılması müzakirə ediləcək.
Məlumata görə, türkiyəli nazir 16 iyul 2016-cı il dövlət çevrilişinə cəhdin Gülənin əmri ilə edildiyinə dair məlumat və sənədləri həmkarına təqdim edəcək./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar