ABŞ kəşfiyyatından Azərbaycana hörmətsizlik (FOTO)
16.12.2015 502 0.0 0

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgə” strukturu hesab edilən "Strafor" Azərbaycana qarşı hörmətsizlik edib.

Məlumata görə, mərkəzin saytında Azərbaycanla bağlı yerləşdirilən əksər məqalələrdə dərc edilən xəritədə Naxçıvan Muxtar Respublikası Azərbaycanın ərazisi kimi göstərilmir.



Saytda qısa araşdırma apardıqdan sonra məlum oldu ki, Naxçıvan MR-nın Ermənistan ərazisi kimi göstərilən xəritələri "Strafor"un məqalələrində bu ildən dərc edilməyə başlanılıb.

Həmin xəritələr "Azərbaycan böhranla necə mübarizə aparır?", "Neftin Avropaya Rusiya olamadan çatdırılması", "Cənub dəhlizinin imkanlarının tədqiqi" və.s kimi başlıqlı araşdırma məqalələrində yer alıb.


Naxçıvanın Ermənistanın ərazisi kimi göstərildiyi xəritə

Yuxarıda qeyd edilən məqalələrlə aşağıdakı linklərdə tanış ola bilərsiniz.

How Azerbaijan Is Coping With Crisis
Chronology: Bringing Oil to Europe Without Russia
Exploring Possibilities for the Southern Corridor

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgə” strukturu hesab edilən “Stratfor” Qlobal Məlumat Şirkəti
 1996-cı ildə ABŞ Texas ştatının Austin şəhərində tanınmış siyasi alim Corc Fridman tərəfindən yaradılıb və bütün dünyada 2 milyonluq oxucu kütləsinə malikdir.

“Stratfor” müstəqil, qeyri-siyasi və siyasi, iqtisadi, hərbi təhlilləri ilə tanınan qurumdur. Şirkətin məhsullarından ABŞ və xarici hökumətlər, qlobal korporasiyalar və fərdi şəxslər faydalanır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar