ABŞ kəşfiyyatı: Rusiya seçkilərdə Klintona mane olmağa çalışıb
07.01.2017 1029 0.0 0

Rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb.

Məlumata görə, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin məruzəsində bildirilir.

 

“Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub”, məruzədə qeyd edilib.

 

Məruzədə həmçinin bildirilir ki, ABŞ kompüter sistemlərinə kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur.

 

Ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar