ABŞ-ın Arizona ştatında prezident seçkiləri - VİDEO - FOTOREPORTAJ
09.11.2016 541 0.0 0

Bu gün ABŞ-da növbəti 58-ci prezident seçkiləri keçirilir.

Qazeta.info bildirir ki, "Report"un ABŞ-a ezam olunmuş xüsusi müxbiri məlumatına görə, noyabrın 8-i səhər yerli vaxtla 06:00-da Arizona ştatının paytaxtı Finiksdə ilk seçki məntəqələri açılıb.

Ənənəvi olaraq respublikaçıları dəstəkləyən Arizona, budəfəki seçkilərdə, belə desək "tərəddüd edən" ştatlar sırasına daxil olub və bu səbəbdən buradakı səsvermənin nəticələri ölkə üzrə ümumi nəticələrə həlledici şəkildə təsir edəcək.

Qeyd etmək lazımdır ki, ştatın ən böyük qəzetlərindən sayılan "Arizona Republic" dərc olunduğu 126 il ərzində ilk dəfə olaraq demokratların namizədi Hillari Klintona dəstək nümayiş etdirib.

ABŞ-da seçkilər iş gününə düşdüyündən, seçicilər adətən səhər tezdən və axşam saatlarıda - iş vaxtı bitdikdən sonra fəallıq göstərirlər. Artıq səhər açılandan Arizonanın ən böyük şəhərlərindən olan Finiksdə seçki məntəqələrinin qarşısında seçici növbələri düzülməyə başlayıb. Məntəqələrdə seçiciləri könüllülər qarşılayır, onlara səsvermə prosesində köməklik göstərir, həmçinin qayda-qanuna nəzarət edirlər. Bir neçə saatdan sonra seçicilərin əksəriyyəti işə gedəcəyindən, sıralar seyrəlməyə başlayacaq. Axşam seçki məntəqələrinin bağlanmasına az qalmış yenidən seçici axınının müşahidə olunacağı gözlənilir.

Hər bir ştatda amerikalılar prezident ilə yanaşı, senator, hakim və şerifləri də seçməlidirlər. Arizonada səsverməyə bu dəfə qanunvericiliyə marixuananın qanuniləşdirilməsini nəzərdə tutan düzəliş də əlavə olunub.

Burada namizədlərin təbliğatı, hətta səsvermə günü də davam edir. Yalnız bir məhdudiyyət var – səsvermə günü bu və ya digər namizədə səs verməyi təbliğ edən buklet və broşürlər seçki məntəqələrindən 75 fut (təqribən 23 metr) aralıda paylanmalıdır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar