ABŞ-ın `Dow Jones` indeksi rekord həddə çatıb
05.12.2017 732 0.0 0

Amerika fond birjasının əsas indeksləri ABŞ Senatının vergi islahatlarını təsdiq etməsi xəbərinə baxmayaraq, bazar ertəsini, əsasən minusda başa vurub, lakin "Dow Jones" indeksi rekord həddə çatıb.

Məlumata görə, bu, hərracların nəticələrindən sonra məlum olub.

"Dow Jones" sənaye indeksi 0,24 faiz artaraq 24290,05 bəndə çatıb, "S & P 500" geniş bazar indeksi 0,11 faiz azalaraq 2639,44 bəndə düşüb, NASDAQ yüksək texnologiya şirkətinin indeksi isə 1,05 faiz itirərək 6775,37 bənd təşkil edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar