ABŞ hərbi texnikası Gürcüstana gətirilib- FOTO
26.07.2017 639 0.0 0

ABŞ ağır hərbi texnikasının bir hissəsi artıq Gürcüstana gətirilib.

 

 

Gürcüstan Müdafiə Nazirliyinə istinadən verilən məlumata görə, sözügedən texnikadan NATO təlimlərində istifadə olunacaq.

“Abrams” tankları və “Bradley” zirehli maşınlar Poti limanından dəmir yolu vasitəsilə Vaziani hərbi bazasına çatdırılıb. 
 

Qeyd edək ki, NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək. /apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar