ABŞ generallarından III Dünya savaşı anonsu
26.10.2016 817 0.0 0

ABŞ-da təşkil edilən “Gələcəyin Ordusu” panelində III Dünya müharibəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

 

Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, generallar toplantıda yeni dünya müharibəsinin son dərəcə qaçılmaz, sürətli və ölümcül olacağı ilə bağlı çıxışlar ediblər.

 

General-mayor Hiks bildirib ki, Çin və Rusiya kimi ölkələr daim ordunu texnoloji cəhətdən inkişaf etdirir:

 

“Yeni dünya savaşı Koreya müharibəsindən də şiddətli ola bilər. Pentaqon hər zaman belə müharibəyə hazırdır”.

 

General Mark A. Milli isə qeyd edib ki, ordu eyni zamanda kiber hücumlar üçün də önləyici tədbirlər hazırlamalıdır.

 

Qeyd edək ki, Yaxın Şərqdə baş verən proseslərə hegemon dövlətlərin müdaxilə etməsi yeni dünya müharibəsi ilə bağlı fikirləri daha da gücləndirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar