ABŞ Dövlət Departamentindən açıqlama: YPG terrorçu qruplaşma deyil
09.02.2016 383 0.0 0

“Amerika Birləşmiş Ştatları YPG silahlı birləşməsini terror qruplaşması kimi tanımır. Bu birləşməyə dəstək verməkdə davam edəcəyik”.
 
Məlumata görə, bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib. C. Kirbi əlavə edib ki, Türkiyənin YPG-ni terror qruplaşması kimi tanıdığı onlara məlumdur: “Türkiyənin YPG ilə bağlı narahatlğını başa düşürük. Ancaq YPG İŞİD-lə mübarizədə ən güclü qruplardan biridir”.
 
C. Kirbi türkiyə ilə bu məsələnin müzakirəsini davam etdirəcəklərini diqqətə çatdırıb. “Prezident Ərdoğan açıq şəkildə “ya biz, ya onlar” şərtini irəli sürüb. Türkiyə NATO-nun müttəfiqi, IŞİD-ə qarşı mübarizədə kilid nöqtələrindən biridir. Verdiyi dəstək üçün Türkiyəyə minnətdarıq”.  
 
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar