ABŞ-dan yeni və təəccüblü `Qüds` açıqlaması
15.12.2017 2113 0.0 0

Dövlət katibi keçən həftə mətbuata açıqlamasında ABŞ səfirliyinin Qüdsə köçürülməsinin 2 il çəkəcəyini bildirmişdi

"İsraildəki səfirliyimizin Təl-Əvivdən Qüdsə köçürülməsi tez-tələsik olan bir şey deyil". "New York Times"-a istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson mətbuat konfransında deyib.

"Bu dərhal olacaq bir şey deyil. Azı üç il çəkə bilər. Hətta cənab Trampın prezidentlik dövrünə təsadüf etməyə bilər. Onun ikinci dəfə prezident olacağını indidən söyləmək çətindir" – Tillerson vurğulayıb.

Qeyd edək ki, dövlət katibi keçən həftə mətbuata açıqlamasında ABŞ səfirliyinin Qüdsə köçürülməsinin 2 il çəkəcəyini bildirmişdi./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar