ABŞ-dan qaçmağa hazırlaşan Gülən Kanadada malikanə tikdirir
27.02.2017 1049 0.0 0

ABŞ hökuməti Türkiyədən “FETÖ” rəhbəri Fətullah Gülənin Kanadaya qaçacağı ilə bağlı iddiaları təsdiq edən müvafiq məlumatları tələb edib.
Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi isə ABŞ-ın tələblərinə konkret məlumatlarla cavab verib.
Türkiyənin Ədliyyə Nazirliyi Fətullah Gülənin Kanadada aldığı torpaq sahəsinin dəqiq ünvanını, həmin torpağın kimlər tərəfindən və nə zaman alınması barədə məlumatları ABŞ-a göndərib. Hətta, Fətullah Gülənin Kanadada aldığı torpaq sahəsində özünə yaxşı qorunan malikanə tikdirəcəyi deyilir.
Həmçinin, Türkiyə hökuməti Fətullah Gülənin Kanadaya qaçacağı ilə bağlı ABŞ tərəfini növbəti dəfə xəbərdarlıq edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar