ABŞ-da Tramp əleyhinə etiraz başladı- ABŞ bayrağı yandırıldı
10.11.2016 901 0.0 0

Vaşinqtonda Amerika Universitetinin tələbələri Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq ABŞ bayrağını yandırıblar.

 

Məlumata görə, bu barədə “Washington Post” qəzeti yazıb.

 

Nəşrə görə, 200-dək tələbə Universitet şəhərciyində toplaşaraq müsəlmanlara qarşı dözümsüzlüyə son qoymaq və qara dərili vətəndaşların hüquqlarına hörmətlə yanaşmağı tələb ediblər.

 

Oxşar aksiyalar  ABŞ-ın bir neçə ştatında  keçirilib. Kaliforniya, Konnektikut, Massaçusets, Şimali Karolina ştatlarında tələbələr seçkilərin nəticələri ilə bağlı narazılıqlarını  ifadə etmək üçün küçələrə axışıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar