ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb - FOTO
29.06.2015 509 0.0 0
ABŞ-ın Pleynvill şəhərində (Massaçusets ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üzərinə düşüb.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.  

 

İlkin ehtimala əsasən, Pensilvaniya ştatında havayaya qalxan təyyarənin mühərrikində nasazlıq yaranıb.

 

Təyyarə dörd nəfər ailə üzvünün yaşadığı fərdi evin üzərinə düşüb. Qəza nəticəsində evdə güclü yanğın başlayıb. Sakinlər vaxtında evi tərk edə biliblər, onların həyatlarına təhlükə yoxdur.

 

Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır./apa/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar