ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
13.02.2016 458 0.0 0

ABŞ-ın Florida ştatı sahillərində yüngül motorlu “Piper” təyyarəsi qəzaya uğrayıb.
 
“Rosbalt” agentliyinə istinadən verilən məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 yaşlı kişi və 60 yaşlı qadın ölüb. Hələlik onların kimliyi barədə məlumat verilmir.
 
Fevralın 12-ə keçən gecə Meksika körfəzində qəzaya uğrayan təyyarəni xilasedicilər bu gün aşkar ediblər.
 
Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) araşdırma aparır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar