ABŞ-da təyyarə qəzaya uğrayıb
15.05.2016 583 0.0 0

Ötən gün ABŞ-ın Atlanta şəhəri (Corciya ştatı) yaxınlığında keçirilən aviaşou zamanı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 CNN telekanalına istinadən verilən xəbərə görə, pilot ölüb, tamaşaçılar arasında ölən və ya yaralanan olmayıb.

Biplan ikinci təyyarə ilə tandemdə pilotaj fiqurunu yerinə yetirən zaman qəzaya uğrayıb. Təyyarə iki yerə parçalanıb. Ön hissəsi yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gəlsələr də, pilotu xilas etmək mümkün olmayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar