ABŞ-da təxminən 1600 aviareys ləğv edilib
06.10.2016 528 0.0 0

"American Airlines" aviaşirkəti ABŞ-da təxminən 1600 aviareysi ləğv edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkət bu addımı "Metyu" qasırğası səbəbilə fırtına xəbərdarlığının elan olunmasına görə atıb.

"American Airlines" şirkətindən bildiriblər ki, uçuşların ləğvi oktyabrın 6-dan tətbiq edilir və Mayami Beynəlxalq Hava Limanına, Fort Loderdeyl - Hollivud aeroportuna və Palm Biç hava limanına şamil edilir.

Şirkət uçuşları oktyabrın 7-də bərpa etmək niyyətindədir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar