ABŞ-da Rıza Zərrabın ilk məhkəmə iclası keçirilib
27.04.2016 593 0.0 0

ABŞ-da saxlanılmış İran əsilli iş adamı Rıza Zərrafın ilk məhkəmə iclası keçirilib.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, Rıza Zərraf məhkəmə zalına göy uniformada, ayaqları zəncirli, əlləri açıq şəkildə gətirilib.
 
İkinci iclasın iyunun 16-da keçirilməsi planlaşdırılır.
 
Rza Zərrab martın 19-da  ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.
 
O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
 
Xatırladaq ki, Rza Zərrab Türkiyədə 17 dekabr 2014-cü il tarixində aparılan  rüşvət əməliyyatlarında saxlanılaraq 70 gün həbs həyatı yaşayıb, sonra azadlığa buraxılıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar