ABŞ-da məscid yandırılıb
25.02.2017 741 0.0 0

ABŞ-ın Tampa şəhəri (Florida ştatı) yaxınlığında naməlum şəxslər məscidə od vurub.

TASS agentliyinə istinadən verilən xəbərə görə, insident nəticəsində zərərçəkən olmasa da, məscidin binasına ziyan dəyib.

Məlumata görə, avtomatik yanğınsöndürmə sisteminin işə düşməsi irimiqyaslı yanğının qarşısını alıb. Tampa şəhərinin meri Bob Bakhorn günahkarların məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, ötən ilin avqustunda Nyu-Yorkda məscidin imamı və köməkçisi güllələnərək  öldürülüb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar