ABŞ-da KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb
18.11.2017 788 0.0 0

Ağ Ev Koreya Xalq Demokratik Respublikasının (KXDR) Amerika ərazisinə mümkün raket hücumu əleyhinə iki eksperimental strategiya hazırlayıb.

Məlumata görə, bu barədə "The New York Times" yazıb.

Məlumata görə, birinci strategiya KXDR-in ballistik raketlərinin işə salınması sistemlərinə kiber hücümün təşkilini və  raket sisteminin işə salınmasının qarşısını almağa imkan verəcək başqa üsullarını nəzərdə tutur.

İkinci strategiya bilavasitə raketləri onlar "sürətlənmə mərhələsini" keçdikdə vurub salmağı təklif edir. Qəzet qeyd edir ki, ballistik raketlər işə salındıqdan dərhal sonra daha gözə çarpan və yüngül hədəf olacaqlar. 

Amerika prezidentinin administrasiyası KXDR-in raketlərini vurub salmaq üçün qırıcılardan və pilotsuz təyyarələrdən istifadə etməyi təklif edir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar