ABŞ-da həbsdə olan türkiyəli bankir azadlığa buraxılıb
24.07.2019 532 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

ABŞ-da həbsdə olan Türkiyənin “Halk” bankının baş direktorunun keçmiş müavini Mehmet Hakan Atilla azadlığa buraxılıb və iyulun 24-də Nyu-Yorkdan İstanbula göndərilib.

Bildirək ki, məlumatı “Haber7” yayıb.

Onu Nyu-Yorkdan Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və Baş konsul Alpər Aktaş yola salıb.

Xatırladaq ki, Hakan Atilla 2017-ci il  martın 27-də  Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda həbs olunmuşdu. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edirdi./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar