ABŞ-da futbol matçı zamanı stadionda yanğın olub
16.09.2019 522 0.0 0

ABŞ-da futbol matçı zamanı stadionda yanğın baş verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Tennesi ştatının paytaxtı Naşvilldə qeydə alınıb.

Belə ki, oyun zamanı pirotexniki qurğu alışıb. Alov dərhal qazona yayılıb. Alışmadan ərazidə vböyük tüstü dumanı yaranıb.

Məlumata görə, alovun qarşısını tezliklə almaq mümkün olub. Hadisə zamanı heç kim xəsarət almayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar