ABŞ-da dələ qocalar evinə hücum edib: 3 yaralı
04.11.2016 665 0.0 0

ABŞ-da dələ qocalar evinə hücum edib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə "Gazeta" xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə Florida ştatında baş verib. Belə ki, heyvan əvvəlcə küçədə bir kişiyə hücum edib. Lakin o, gəmiricinin hücumundan yayına bilib.

Heyvan bundan sonra qocalar evinə gedib və oradakı insanlara hücum edib. Gəmiricinin hücumu zamanı üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Dələ xilasedicilərin gəlişinə qədər ərazidən qaçıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar