ABŞ bu terrorçunun başına 10 milyon dollar mükafat qoydu
12.05.2017 794 0.0 0

ABŞ "ən-Nusra" lideri barədə bəyanat yayıb.

Milli.az islamazeri.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti "Nusra Cəbhəsi" terror təşkilatının başçısı Əbu Muhəmməd əl-Culanini tutmağa kömək edə biləcək məlumat üçün 10 milyon dollar miqdarında mükafat təyib edib.

Xatırladaq ki, adıçəkilən qruplaşma "Əl-Qaidə"nin qanadlarından biridir və əsasən Suriya ərazisində fəaliyyət göstərir. Əl-Culaninin özü isə artıq ABŞ-ın terrorçular siyahısına daxil edib və ona qarşı sanksiyalar tətbiq edilib.

Qeyd etmək lazımdır ki, "Nusra" terror qruplaşması bir çox cinayətlərin məsuliyyətini daşıyır. Onun fəaliyyəti nəticəsində minlərlə günahsız insan həlak olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar