ABŞ BMT-nin miqrasiya üzrə Qlobal Sazişindən çıxır
04.12.2017 674 0.0 0

ABŞ dövlət katibi Reks Tillerson Vaşinqtonun bundan sonra miqrasiya üzrə Qlobal Sazişdə iştirak etməyəcəyinə dair BMT-yə bəyanat göndərib.

 

 

 

"İnterfaks"a istinadən xəbər verilir ki, bəyanatda bu proqramın ABŞ immiqrasiya siyasətinə uyğun olmadığı qeyd olunub.

Onun sözlərinə görə, ABŞ miqrasiya ilə bağlı beynəlxalq əməkdaşlığı dəstəkləyir, lakin miqrasiyanın təhlükəsiz və qanuni olmasını təmin etmək üçün əsas məsuliyyəti suveren dövlətlər daşıyır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar